Bakıda yük avtomobili Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb. Bu haqda 23 sentyabr tarixində Report məlumat verib.
Zabrat-Maştağa yolunda Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən Dövlət Gömrük Akademiyasının işçisi, Ağdaş rayon sakini, 47 yaşlı Ə.Mikayılovanı və Dövlət Gömrük Akademiyasının II kurs tələbəsi olan Bakı sakini 18 yaşlı Elvin Əzizlini vurub. Hər iki şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.