Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobilin sərnişininin içərisində 50 manat və 100 rubl pul, eləcə də sənədlər olan pulqabısını zorla talanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elgün Balakişiyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Daxili İşlər İdarəsində araşdırma aparılır.