Sabunçu rayonunda ər arvadını qətlə yetirib. Bu haqda 12 noyabr tarixində APA məlumat verib.
Maştağa qəsəbəsi, Savalan yaşayış massivində kişi həyat yoldaşı, 38 yaşlı Sevinc Müseyiblini əvvəlcə döyüb, sonra isə bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.