Sabunçu rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 3 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurovun “Toyota” markalı avtomobilindən tanışına məxsus 8400 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin avtomobilin sahibi R.Teymurov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.