Paytaxtın Sabunçu rayonu, Sülh küçəsində un daşıyan yük avtomobili aşıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Honda” markalı nəqliyyat vasitəsi qaydanı pozaraq, gözləmədən köməkçi yoldan çıxıb. Bu zaman əsas yolda hərəkət edən “İsuzu” markalı yük avtomobili birinci ilə toqquşub. Nəticədə un kisələri yola dağılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.
[caption id="attachment_50146" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]