Sabunçu rayonunda 12 yaşlı oğlanın ayağına velosipedin metal elementi nüfuz edib. Bu haqda 17 oktyabr tarixində Oxu.az məlumat verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və ilkin xilasetmə tədbirləri həyata keçirilib. Belə ki, ayağa nüfuz etmiş metal element xüsusi alət vasitəsi ilə kəsilərək velosipeddən ayrılıb.
Ayağa nüfuz etmiş hissənin çıxarılması üçün cərrahi müdaxilə tələb olunduğundan yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.
[caption id="attachment_75028" align="alignnone" width="640"]
Foto Oxu.az saytı[/caption]