Paytaxtın Sabunçu rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
17 yaşlı Billurə Şirinova 20 sentyabr tarixində rayon ərazisindəki evindən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Onun axtarışları davam edir.