Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza baş verib. Bu haqda bu gün, 11 oktyabr tarixində APA məlumat verib.
“Chevrolet” markalı avtomobili idarə edən qadın sükana nəzarəti itirib. Nəticədə o, yolun kənarında dayanan "Mitsubishi" markalı avtomobilə çarpılıb. Zərbə gücündən “Mitsubishi” hərəkətdə olan “Audi” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Mitsubishi”nin sürücüsü, 38 yaşlı Fəxri Ümüdov hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.