Sabunçu rayonunda axtarışda olan şəxs tutulub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.
Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb. Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Araşdırmalar davam edir.