Bakının Sabunçu rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində körpə xəsarət alıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Report məlumat verib.
Rayon ərazisində iki avtomobil toqquşub. Nəticədə 9 aylıq Zeynəb Güləliyeva xəsarət alıb. Uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.