Sabunçu rayonunda sərxoş sürücü adam vuraraq qaçmaq istəyib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Rəhim Rəhimov “Prius” markalı nəqliyyat vasitəsi ilə avtomobil yolunu keçən 19 yaşlı Nigar Bəylərovanı vurub. Qadın Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları sürücünün izahatını almaq istəyən zaman R.Rəhimov qaçmağa cəhd edib və yıxılaraq burun və çənəsini sındırıb. Sonda onun sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.