Sabunçu rayonunda nəzarət kamerası olmayan yolda sürücü kobud şəkildə qayda pozub. Bu haqda 7 noyabr tarixində Avtosfer.az məlumat verib.
Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində noyabrın 2-də 10-XK-203 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü nəzarət kameralarının olmamasından istifadə edərək yüksək sürətlə işıqforun qırmızı işığında keçib.
Sürücünün qanunsuz hərəkəti digər avtomobilin müşahidə kamerasına düşüb.