Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb. Bu haqda 18 oktyabr tarixində APA məlumat verib.
“Komsomol dairəsi” kimi tanınan ərazidə 36 yaşlı Şəhanə Əhmədova həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onun kürəyinə iki bıçaq zərbəsi vurub. Məlum olub ki, qardaşı Əhmədovaya qarşı WhatsApp statusunda (hekayə bölməsi) etdiyi paylaşıma görə bu əməli törədib. Statusun nədən ibarət olduğu bilinmir.
Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hal-hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma başlayıb.