Sabunçu rayonunda iki avtomobil toqquşub. Bu haqda 3 oktyabr tarixində APA məlumat verib.
Zabrat qəsəbəsində “Toyota” markalı avtomobilin sürücüsü qəflətən sükana nəzarəti itirərək qarşıda gedən “Chevrolet” markalı nəqliyyat vasitəsinə çarpılıb. Qəza nəticəsində “Chevrolet”də olan 2 nəfər xəsarət alıb. Yaralılara əraziyə gələn təcili yardım briqadası tərəfindən tibbi yardım göstərilib. Avtomobillər hadisə yerindən evakuasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_72680" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]