Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Oktyabrın 23-də saat 01:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.