Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
164 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəzada xəsarət alan olmayıb.
Araşdırmalar davam edir.