Ölkəyə külli miqdarda narkotik gətirən şəxs tutulub. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 34 yaşlı Tural Nəsirli saxlanılıb. Onun üzərində 19 klioqram marixuana aşkarlanıb.
T.Nəsirli narkotik vasitəni İran vətəndaşı, Mahmud adlı şəxs vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.