“Semaşko” Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub. Bu haqda BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.
Şəxsiyyəti hələlik bəlli olmayan bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu da faktı təsdiq edib.
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək”, - DİN-dən bildirilib.