İsmayıllıda Bakı sakininin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Pikap növlü avtomobilin sürücüsü, 57 yaşlı Bakı sakini Bəhram PənahovBəhram Pənahov idarəetməni itirərək yol kənarındakı ağaca çarpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.