Bakıda daha bir kiberdələduz saxlanılıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakini, 21 yaşlı Zaur Teymurxanov saxlanılıb. O, sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan 19 nəfərin kartından ümumilikdə 30.000 manata yaxın pulu öz kart hesabına köçürməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Z.Teymurxanovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.