Bakının Binəqədi rayonunda üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, həmin şəxs sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Baxış zamanı onun üzərindən revolver və 10 patron ələ keçirilib.
Toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, istintaq davam edir.
[caption id="attachment_95610" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]