Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 16 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Hadisə iyunun 21-də baş verib. Yeniyetmə qız yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda 40-cı polis bölməsində onun tapılması istiqamətində axtarışlar davam etdirilir.