Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ötən gün saat 23:00 radələrində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.
İlkin araşdırmalara görə, 19 yaşlı Həsən Kərimov yaşadığı fərdi evdə aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürüb.
Faktla bağlı cinayət işi açılıb, Kərimov şübhəli şəxs qismində saxlanılıb. İstintaq tədbirləri davam etdirilir.