Bakının Binəqədi rayonunda qadını avtomobil vurub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Qəza Sulutəpə qəsəbəsində qeydə alınıb. N.Dadaşov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub. Nəticədə qadın hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.