Paytaxtın Binəqədi rayonunda 1 ailənin 3 üzvü dəm qazından zəhərlənib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sulutəpə qəsəbəsində kirayə yaşayan 56 yaşlı Rafiq Əliyev, 24 yaşlı Elvin Əliyev və sonuncunun həyat yoldaşı, 18 yaşlı Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı prokurorluqda cinayət işinə başlanılıb.