Suraxanı rayonunda 3 maşın yanıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma nəticəsində 2 ədəd “VAZ” markalı minik avtomobilinin 1 ədəd arxa təkəri, 3-cünün isə mühərrik hissəsi, eləcə də yaxınlıqda yerləşən məişət tullantıları 25 kv.m sahədə yanıb. Nəqliyyat vasitələrinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.