Suraxanı rayonunda oğru saxlanılıb. Bu haqda 3 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hövsan qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Quliyev saxlanılıb.
Faktla abağlı araşdırma aparılır.