Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 16 noyabr tarixində xəbər verir.
Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə gələn FHN əməkdaşları yanğını söndürüblər.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.