Paytaxtın Suraxanı rayonunda, evlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Oğurluq üstündə tutulan S.Əmirovun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, o, daha 2 evdən 1100 AZN pul və 2500 AZN-lik qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırmalar davam edir.