Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
36 yaşlı Səbuhi Zülalov aralarında yaranan mübahisə zamanı 38 yaşlı Əfqan Qədəşovu bıçaqlayaraq öldürüb.
Səbuhi Zülalov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.