Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qadın piyadanı avtomobil vurub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
39 yaşlı Günay Qurbanova yolu keçən zaman onu avtomobil vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.