Paytaxtın Suraxanı rayonun Əmircan qəsəbəsində avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 18 oktyabr tarixində Report.az məlumat yayıb.
17 oktyabr səhər saatlarında qəsəbə sakini Nina İvanova yolu keçərkən M.Bağırovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil tərəfindən vurulub. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.
Cari ilin ilk 9 ay ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsində 504 nəfər dünyasını dəyişmiş, 1043 nəfər yaralanmışdır.