Paytaxtın Suraxanı rayonunda əl qumbaraları aşkarlanıb. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə baxış keçirilən zaman orada 2 ədəd döyüşə yararlı “F-1” əl qumbarası olduğu məlum olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Sursatlar götürülərək təhlükəsiz əraziyə aparılıb.