Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma 1 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan ev tamamilə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.