Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə tikilinin dam örtüyünün taxta atmaları, 3 otağının tavanı 70 kv.m sahədə və yaxınlıqda həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.