Paytaxtın Suraxanı rayonunda avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
43 yaşlı Eldəniz Əliyev “Lexus” markalı nəqliyyat vasitəsi ilə yolu keçən 36 yaşlı Zaur Xalidovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.