Ötən gecə Bakının Suraxanı rayonunda top mərmisi tapılıb.
Report.az saytına istinadən, Hövsan qəsəbəsinin sakini ərazidə partlayış təhlükəli əşyanı aşkar edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək məlumat verib. FHN-nin əməkdaşları həmin yerə cəlb olunublar və 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsini ərazidən götürüblər.