Bakının Suraxanı rayonu ərazisində 22 yaşlı piyada vurulub. Bu haqda bu gün, 8 aprel tarixində Report məlumat verib.
Aeroport yolunu keçmək istəyən Cəlil Xudaverdiyevi avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və sol baldır sümüklərinin sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.