Paytaxtın Suraxanı rayonunda avtomobil aşıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı Cavid Mustafazadə idarəetməni itirərək minik avtomobili ilə yolun kənarındakı arakəsməyə çarpılıb. O, sol ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.