Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində mağazadan oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov mağazaların birindən 200 AZN, 80 AZN-lik tütün məmulatları, eləcə də oradakı ödəmə terminalından 2111 AZN oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.