Bakı sakini küləkli havadan sui-istifadə edərək evinin qarşısındakı ağacı kəsib. Bu haqda 11 noyabr tarixində Report xəbər verib.
Xətai rayonu general Mehmandarov küçəsi, 92 ünvanında yaşayan naməlum şəxs güclü küləyin əsməsindən sui-istifadə edərək həyətdəki şam ağacını kəsib. 30 illik şam ağacının kəsilməsi ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
"Ev sahibi həyətində olan ağacı kəsməyə icazə verilməsi üçün aidiyyəti quruma müraciət edib. Lakin ağaclar yaş olduğundan kəsilməsinə icazə verilməyib. Dünənki küləkdən istifadə edərək həmin ağacı qanunsuz kəsib"- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məsələyə aydınlıq gətirib.
Həmin şəxs 2700-2800 manat məbləğində cərimə olunacaq.