Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsinin sakini avtobusda döyülüb. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
17 saylı poliklinikada tibb bacısı işləyən Yeganə adlı şəxs Türkan qəsəbə sakini Səbinə Dadaşovanı sərnişin avtobusunda döyüb.
Zərərçəkən faktla bağlı polisə müraciət edib. Hazırda araşdırmalar davam edir.