Bakı sakini Tərtər rayonunda avtoqəza nəticəsində dünyasını dəyişib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
25 yaşlı Vüsal Quliyev xalası oğluna məxsus “VAZ-21015” markalı avtomobili idarə edən zaman onu su kanalına aşırıb. Hadisə nəticəsində V.Quliyev boğularaq dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.