“BakuBus” tüstüləyən avtobus barəsində açıqlama verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüblər və avtobus qaraja yönləndirilib.
Nəqliyyat vasitəsi ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Daha öncə sosial şəbəkələrdə “BakuBus” avtobusunun tüstülənməsi ilə bağlı videogörüntülər yayılmışdı:
[video width="708" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2023/12/5.mp4"][/video]