Bakıda tanınmış alimi çölə atıblar. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Yenisabah.az-a istinadən xəbər verir.
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Alimin qonşularının sözlərinə görə, o, kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. Tanınmış alim dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.
Fazil İsmayılov yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib. Onun Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.
Fazil İsmayılov 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir. Onun kitabxanasında 5000-dən artıq kitabın olduğu bildirilir.
[video width="356" height="640" mp4="https://bakuplus.az/storage/photos/2024/03/videoplayback.mp4"][/video]