Bakıda teplovozda alışma hadisəsi baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma Binəqədi rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsində qeydə alınıb. Nəticədə elektrik naqillər yanıb. Teplovozun digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.