Bakıda ticarət mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 30 oktyabr tarixində Report xəbər verib.
Xətai rayonunda yerləşən ticarət mərkəzində oğurluğa cəhd edən Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılıb. O, mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olub. Lakin ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitə ilə yaxalanıb. Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə müqavimət göstərmək istəyib, amma onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.