Bakıda 15 gündür yoxa çıxan oğlan tapılıb. Bu haqda 21 sentyabr tarixində Lent.az məlumat verib.
Suraxanı rayonu, Hövsan qəsəbəsində itkin düşən 16 yaşlı Vüsal Mumcu tapılaraq ailəsinə təhvil verilib. Yeniyetmə 15 gün ərzində dostu ilə birgə istixanaların birində işləyib. O, bu müddət ərzində elə həmin istixanada gecələyib.