top
“Torqovaya”da bacısını öldürən şəxs: “Yüngül həyat tərzi yaşaması məni bezdirirdi”
27 sentyabr 2022, 05:15
- ↺ +

“Torqovaya”da bacısını öldürən şəxs: “Yüngül həyat tərzi yaşaması məni bezdirirdi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının mərkəzində bacısını qətlə yetirməkdə təqsirləndirilən Qabil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda 27 sentyabr tarixində Oxu.az məlumat verib.

Səbail rayonu, Xaqani bağının yaxınlığında Qabil Quliyev münaqişə zəminində bacısı Pərvanə Quliyevanı bıçaqlayaraq öldürüb. Məhkəmədə danışan Qabil Quliyev özünü təqsirli bilib və qeyd edib ki, məqsədi bacısını öldürmək olmayıb:

“Bacım ərindən ayrıldıqdan sonra çox dəyişib, yüngül həyat tərzi keçirib.

Övladına qayğı göstərmirdi, evə gec gəlirdi. Evdə olan zaman çalışdığımız qədər onu çölə buraxmırdıq. Artıq bacımın tüfeyli və yüngül həyat tərzi yaşaması məni bezdirirdi. Pərvanənin gecə klublarında əyləndiyini, müxtəlif şəxslərlə görüşdüyünü, yüngül həyat tərzi yaşadığını eşidirdim.

Bacım növbəti dəfə evdən qaçdı və mən onu evə qaytarmaq üçün axtarmağa başladım. Molokan bağında olarkən, bacımın bağın yaxınlığında sarışın bir qızla keçib getdiyini gördüm. Onlar “Xaqani” ticarət mərkəzinin yaxınlığında avtomobilin yanında dayandılar. Onlar maşında olan iti sığallayıb, həmin adamla söhbət edirdilər. Bunu görəndə mən daha da qəzəbləndim. Bacımın həmişə mənim namusuma ləkə gətirən hərəkətlər etməsi, evdə söz-söhbət salması məni bezdirmişdi. Molokan bağı boyunca onlara tərəf getdim, üzərimdə olan mətbəx bıçağını çıxarıb arxa tərəfdən Pərvanəyə yaxınlaşaraq bıçaqla iki dəfə ona zərbə vurdum. Zərbələrdən biri kürək nahiyəsinə, digəri isə döş qəfəsi nahiyəsinə dəydi. Ona zərbə vuran kimi Pərvanə qışqırmağa başladı, yerə çöməldi, sonra isə ayağa durub Molokan bağına tərəf qaçdı. Daha sonra fikrimi dəyişərək, evə qayıtmaq qərarına gəldim”.

Qabil Quliyev evə gələrək anasına və atasına bacısını bıçaqladığını danışıb və gedib polisə təslim olacağını deyib. Evdən çıxarkən polis əməkdaşları gələrək onu Səbail Polis Bölməsinə aparıblar. Bölmədə olarkən o, Pərvanənin öldüyünü öyrənib:

“Çox peşman oldum, Pərvanənin ölməsini istəmirdim. Pərvanəni qorxutmaq məqsədilə vurmuşdum”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər