Tovuzda yandırılan qız Bakıya gətirilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Tovuz rayon sakini, 34 yaşlı Türkanə Məmmədova Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Onun barəsində hər 2 aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağırdır.
Hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib. 22 yaşlı Röyal Tağıyev kənddə yerləşən kafedə çalışan Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.